Rusiya ordusu Xersonu atəşə tutub, 4 nəfər ölüb, 7 nəfər yaralanıb

3 May 2023 10:00

Rusiya ordusu ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Xerson Hərbi Vilayət Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralananlardan birinin uşaq olduğu bildirilib.

Milli.Az