General rusları dalana dirəyib, geri çəkiləcəklər

3 May 2023 12:25

Rusiyanın işğalçı qüvvələri Donetsk vilayətinin Baxmut bölgəsini tərk etməli olacaqlar. General Aleksandr Sırski rusları o istiqamətdə dalana dirəyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, ukraynalı hərbi ekspert Roman Svitan bildirib.

"Popasnadan Slavyanska və Donetsk vilayətinin sərhədlərinə doğru Ukrayna Silahlı Qüvvələrinin ən azı üç-dörd müdafiə xətti var. Bu müdafiə xətləri Baxmut ərazisində yerləşən müdafiə xəttindən də güclüdür. Ruslar Donetsk vilayətinin sərhədlərinə çata bilməyəcəklər", - polkovnik vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın əsas dairələrində ordunun ümumiyyətlə Baxmut istiqamətində nə etdiyini artıq müzakirə edirlər:

"Sual yaranır ki, ruslar Baxmut ərazisində nə edirlər? Bu məsələ artıq Rusiyanın rəhbərliyi tərəfindən müzakirə olunmağa başlayıb. General Sırskinin idarə etdiyi vəziyyətə əsaslanaraq, ruslar geri çəkilmək qərarına gələ bilər".

Milli.Az