SEPAH-ın mərkəzində partlayış baş verib

2 May 2023 20:50

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Damğan şəhəri yaxınlığındakı hazırlıq və dəstək mərkəzində partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə SEPAH-ın Damğan Korpusu məlumat yayıb.

Məlumatda bu gün axşam saatlarında SEPAH-ın Damğan şəhərindən kənarda yerləşən korpuslarından birində qəza nəticəsində döyüş sursatlarının daşınması zamanı partlayış baş verdiyi bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az