Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş təsdiq edilib

2 May 2023 12:12

"Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Saziş təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Milli.Az