Kişi müğənni mərasimə qəribə kostyumla gəldi - FOTO

2 May 2023 15:48

Porto Rikonun məşhur müğənnisi Bəd Banni də ötən gün Met Gala-ya qatılanlar sırasında olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, kişilər arasında ən iddiaları libaslardan birini geyinən Banni ağ, kürək dekolteli kostyumu ilə diqqətləri üzərinə çəkib.

29 yaşlı ifaçı Met Gala-ya ikinci gəlişində "Jacqumemus"un libasında boy göstərib.

Qeyd edək ki, Banninin "Jacquemus"dan geyinməsi təəccüblü deyil, o, ötən il brendin simalarından biri idi.

Milli.Az