Kür-Bakı magistral su kəmərində qəza: Bakının bəzi əraziləri susuz qalacaq

2 May 2023 10:27

Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Milli.Az xəbər verir ki, məhdudiyyətlər Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədardır.

Milli.Az