ANAMA baş verən ardıcıl mina hadisələri ilə bağlı vətəndaşlara müraciət edib

1 May 2023 21:11

ANAMA vətəndaşlara müraciət edib.

Milli.Az xəbər verir ki, qrumun yaydığı məlumatda deyilir:

Son günlər baş verən ardıcıl mina hadisələrinin sayının artması ilə əlaqədar olaraq bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən:

 Qaydalara riayət etməmək

 Təhlükəsiz ərazilərdən kənara çıxmaq

 Xəbərdaredici nişanların tələblərinə riayət etməmək

 Məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər.

Qeyd olunub ki, bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!

Milli.Az