Bakıda 12 yaşlı qız intihar etdi

1 May 2023 19:32

Dünən axşam saat 22 radələrində Bakıda məktəbli intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi rayonu 7-ci mikrorayon 1260-cı məhəllədə yerləşən "Piramida MTK"ya məxsus çoxmərtəbəli binada yaşayan 2011-ci il təvəllüdlü Sürəyya Rüfət qızı Əliyeva özünü 10-cu mərtəbədəki mənzilin eyvanından atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Bildirilir ki, 12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az