Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırıldı

1 May 2023 12:33

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Qazprom Ermənistan" məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, nəqlin dayandırılması 1-4 may tarixlərində "Şimali Qafqaz-Zaqafqaziya" magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır.

Ermənistan istehlakçılarının qaz təchizatı indi daxili ehtiyatlar hesabına həyata keçirilir.

Milli.Az