Messi karyerasını harada bitirmək istəyir?

15 May 2010 20:23
Goal.com saytının məlumatına görə, o, gələcəyini heç cür "Real"da görmədiyini söyləyib. "Ümumiyyətlə, mən özümü "Barselona"dan başqa hansısa klubda təsəvvür etmirəm. Mən burada xoşbəxtəm. Futbolda hər şey ola bilər. Amma bu fikir mənə aid deyil. Çünki mən karyeramı "Barselona"da bitirmək istəyirəm", - deyə Messi bildirib.

Milli.Az