Türkiyə MİT Suriyada əməliyyat keçirib, İŞİD lideri zərərsizləşdirilib

1 May 2023 09:51

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi antiterror əməliyyatında İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Qureyşi adlı şəxsi zərərsizləşdirib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident onu da qeyd edib ki, NATO ölkələri arasında PKK terror təşkilatı ilə mübarizə aparan tək ölkə Türkiyədir.

Milli.Az