Dollar bahalaşa bilər

1 May 2023 20:12

Növbəti iclasda ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbərliyinin əsas uçot dərəcəsinin artırılması kursunu davam etdirəcəyi ehtimalı var. Bu isə dolların bahalaşa biləcəyi deməkdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bu tədbir daxili bazarda inflyasiyanın qarşısını almaq üçün lazımdır.

Bildirilir ki, mayın 3-də ABŞ Federal Ehtiyat Sistemi rəhbərliyinin növbəti görüşü keçiriləcək. Əsas faiz dərəcəsinin illik 5,25% səviyyəsinə qaldırılacağı gözlənilir. Hazırda göstərici 5% səviyyəsində saxlanılır.

Qeyd edək ki, hələ martın 7-də Federal Ehtiyatlar Xidmətinin rəhbəri Cerom Pauel bildirib ki, ABŞ inflyasiya ilə mübarizə üçün əsas faiz dərəcəsini artırmağa davam edəcək.

Milli.Az