Polşaya sərt cavab veriləcək - Zaxarova

30 Aprel 2023 20:46

Rusiyanın Varşavadakı səfirliyindəki məktəbi Polşa hakimiyyətinin ələ keçirməsinə Moskva çox sərt cavab verəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rəsmi Varşava cavab olaraq müvafiq tədbirlər görəcək. Cavab idarələrarası formatda qəbul edilib hazırlanacaq. İndi bu işə start verilib, lakin bu, onların seçimidir, biz cavab verəcəyik", - XİN nümayəndəsi bildirib.

Milli.Az