İtaliya A Seriyasında 32-ci turda "Napoli" öz meydanında "Salernitana"nı qəbul edib.
Milli.Az "report"a istinadən bildirir ki, oyun qollu bərabərliklə başa çatıb və qalib müəyyənləşməyib.
"Napoli"nin heyətində Matias Oliveyra hesabı açsa da, Bulaye Dia bərabərliyi təmin etməyi bacarıb.
Beləliklə, "Napoli" çempionluğu rəsmiləşdirə bilməyib. Hazırda Neapol klubu 79 xalla vahid liderdir və ən yaxın izləyicisi "Latsio"nu 18 xal üstələyir.
"İnter" öz meydanında "Latsio"nu qəbul edib.
Oyun meydan sahiblərinin 3:1 hesabı ilə qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı Roma komandası açıb. 30-cu dəqiqədə Fekuoe Anderson "Latsio"nun yeganə qoluna imza atıb. Oyun boyu davam edən hesab üstünlüyünə baxmayaraq, matçın əsas hissəsinin bitməsinə 12 dəqiqə qalmış Lautaro Martines hesabı bərabərləşdirib. Sonrakı dəqiqələrdə isə meydan sahibləri daha iki qol vuraraq oyundakı yekun hesabı müəyyənləşdiriblər - 3:1.
Beləliklə, "Latsio" 32 oyundan sonra 61 xal toplaya bilib və 2-ci pillədə qərarlaşıb. "İnter" isə 57 xalla dördüncü pillədə yer alıb.
Milli.Az