Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Dığ yaşayış məntəqəsi istiqamətində...

29 Aprel 2023 20:37

Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Aprelin 29-u saat 18:05 radələrində guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - deyə qeyd olunub.

Milli.Az