Zelenski hər ehtimala qarşı üzərində tapança gəzdirdiyini bildirib

29 Aprel 2023 19:36

Ukrayna Prezidenti Vladimir Zelenski hər ehtimala qarşı üzərində tapança gəzdirir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Zelenski bunu telejurnalist Dmitri Komarova müsahibəsində bildirib.

"Ukrayna prezidenti ruslara əsir düşür. Bunu təsəvvür edirsiniz? Biabırçılıqdır!", - Zelenski deyib.

Zelenski kritik vəziyyətdə intihar etmək üçün silah lazım olacağı barədə təxminləri rədd edib və bildirib ki, silah ona atışmaq üçün lazımdır.

Milli.Az