"Formula 1": Bakıda əsas sprint yarışı başlayıb

29 Aprel 2023 17:30

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışları başlayıb.

Milli.Az xəbər verir ki, günün son mübarizəsi saat 17:30-da start götürüb.

Daha əvvəl "Ferrari"dən Şarl Lekler "Sprint shootout"u ilk pillədə başa vurmuşdu. "Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen isə üçüncü sırada olub.

Milli.Az