Azərbaycanlı jurnalist Özbəkistanda "Qızıl qələm" mükafatının laureatı olub
15 May 2010 16:45
"Mən təşkilatçılara işimi yüksək qiymətləndirdiklərinə görə minnətdaram. Ümid edirəm ki, mənim əməyim Azərbaycan-Özbəkistan dostluq münasibətlərinin gələcək inkişafına öz töhfəsini verəcək".
Qulu Kəngərli Özbəkistanda 1998-ci ildən çalışır. Bu ilin yazında AzərTAc-ın 90 illiyi ilə əlaqədar o, agentliyin digər əməkdaşları kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
"Qızıl qələm" Milli beynəlxalq müsabiqəsi 2006-cı ildən Özbəkistan Jurnalistlərinin Yaradıcılıq Birliyi və Jurnalistlərin Beynəlxalq Hazırlıq Mərkəzi ilə birgə keçirilir.
Builki müsabiqəyə televiziya, radio, mətbuatda və internet-jurnalistikada çalışan 450-dən çox jurnalistin 28 nominasiya üzrə 6,7 min yaradıcılıq işi təqdim olunub. Qaliblər diplom və pul mükafatları ilə mükafatlandırılıblar.
Müsabiqənin baş milli mükafatı olan Qran-priyə gənclər mövzusunda silsilə verilişlərə görə "Yoşlar" telekanalı layiq görülüb.