Ramiz Zeynalovun qardaşı qızına yeni vəzifə verildi

29 Aprel 2023 15:44

Suraxanı Sağlamlıq Mərkəzinə yeni baş həkim təyin edilib.

Milli.Az xəbər verir ki, unikal-ın əldə etdiyi məlumata görə, baş həkim vəzifəsinə Məmmədova Günel Fikrət qızı təyinat alıb.

Qeyd edək ki, G.Məmmədova 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru Fikrət Zeynalovun qızı,  Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.

Milli.Az