Türkiyənin ilk kosmonavtlarından biri Azərbaycan əsilli olacaq

29 Aprel 2023 14:14

Türkiyənin ilk kosmonavtları Tuva Cihangir Atasever və Alper Gezeravci olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İstanbulda Ataturk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festifalı - Texnofest-2023-də çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Tədbirdə Tuva Cihangir Ataseverin əslən Azərbaycan türkü olduğu bildirilib.

Milli.Az