İlham Əliyev: İkinci Qarabağ savaşında Türkiyənin Azərbaycanın yanında olması bizə əlavə güc verdi

29 Aprel 2023 13:44

İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrə qədər əziz qardaşım Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxışında söyləyib.

Prezident Ərdoğanın açıqlamalarının, mesajlarının Azərbaycanı birmənalı olaraq dəstəklədiyini bildirən dövlətimizin başçısı deyib: "O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi".

Milli.Az