Paytaxtda insanların rahat və təhlükəsiz hərəkəti üçün velosiped zolağı salınıb.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, həmin yol bu gün təyinatına uyğun stifadə edilmir.
Bu yoldan istifadə edən velosiped sürücülərinin qarşısını avtomobillər kəsir.
Bəzi sürücülər zolağı görməzdən gələrək velosiped zolağında avtomobili park ediblər.
Söhbət Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi layihə əsasında Buzovna-Mərdəkan arasında salınan velosiped yolundan gedir.
İnsanlar ümumi uzunluğu 8.2 km olan velosiped yoluna vaxtı-vaxtında qulluq edilməsini istəyir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, Agentlik Buzovna-Mərdəkan yolundakı 8.2 km-lik velosiped yolu ilə bağlı layihəndirmə işlərinə dəstək göstərib. İşin icrası və ona nəzarət isə icraçı tərəfindən həyata keçirilir.
Məsələ ilə bağlı işləri icra edən Bakı Abadlıq Xidmətindən isə deyiblər ki, sözügedən velosiped zolağında işlər tam təhvil verilməyib. Hazırda layihə üzrə son tamamlanma həyata keçirilir.
O da bildirdi ki, layihəyə bəzi kənar müdaxilələr var. Müəyyən yerlərdə velosiped zolaqları yararsız hala salınır və avtomobillər zolaqların üzərində park edilir. Xidmət bu problemlərin tam aradan qaldərılması üçün zolağın kənar girişlərini bağlayacaq.
Layihə üzrə işlər tam yekunlaşdıqdan sonra yol istifadəyə veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az