131 avtomobildən təhlükəsizlik yastıqlarını çıxardılar

29 Aprel 2023 15:58

Rusiyanın Moskva şəhərində iki nəfər 131 avtomobildən təhlükəsizlik yastıqlarını çıxarıblar.

Onların əməllərindən dəyən ümumi zərər 19,8 milyon rublu (təxminən 413 820 AZN) ötüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Moskva prokurorluğunun məlumatına görə, 2022-ci ilin mart-may aylarında təqsirləndirilən şəxslər avtomobil icarəyə götürüb, qısa məsafə qət edib və təhlükəsizlik yastıqlarını söküblər.

Onların yerinə avtomobil sistemində təhlükəsizlik yastıqlarının olmaması barədə məlumatı əks etdirməyən qurğular quraşdırılıb.

Milli.Az