İsrail səfiri: Bu hadisə bizi kədərləndirdi

29 Aprel 2023 08:57

"Bu gün Azərbaycanın üç vətəndaşının minaya düşməsi nəticəsində həlak olması xəbəri bizi dərindən kədərləndirdi".

Milli.Az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdəki hesabında yazıb.

"Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir.

Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk.

Allah rəhmət eləsin!", - səfir sosial şəbəkə hesabında qeyd edib.

Milli.Az