İran Tacikistanı birgə təhlükəsizlik təlimində iştiraka dəvət edib

29 Aprel 2023 06:22

İranın müdafiə və silahlı qüvvələrin maddi-texniki təminatı naziri, briqada generalı Məhəmməd Rza Aştiani Hindistanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Tacikistanın müdafiə naziri Şirəli Mirzo ilə görüşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İran müdafiə naziri tacikistanlı həmkarı ilə görüşdə Tacikistanı birgə təhlükəsizlik təlimində iştiraka dəvət edib.

Tacikistanın müdafiə naziri isə iranlı həmkarını Düşənbəyə səfərə dəvət edib.

Milli.Az