28 aprel 2023-cü il tarixində Səyyar ASAN xidmət Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində vətəndaşlara xidmət göstərib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu çərçivədə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi xidməti həyata keçirilib.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
2013-cü ilin iyun ayından etibarən 2 milyon 790 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Xatırladaq ki, Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində 20 aila (90 nafar) bu il Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüblər.
Milli.Az