Ermənilər Xankəndidə kütləvi şəkildə evlərini satışa çıxarıb

28 Aprel 2023 10:54

Dövlət Sərhəd Xidməti tərəfindən Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi qurulduqdan sonra Qarabağda yaşayan ermənilər vəziyyətin ciddiliyindən tam əmin olublar.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Xankəndidəki "mənbələr" yazırlar.

Özünü separatçı rejimin qondarma "ombudsmanı" kimi təqdim edən şəxs bildirib ki, ermənilərin çox hissəsi ərazidən çıxmağa hazırlaşır.

Artıq Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər kütləvi şəkildə evlərini satışa çıxarıblar.

Milli.Az