Mələkxanım Eyubovanın gəlininin vəziyyəti ağırdır - FOTO

28 Aprel 2023 09:14

Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçinin böyük oğlu Cəfər Nəcəfov məlumat yayıb: "Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir".

Cəfər daha sonra xəstəxana tapdıqlarını deyib: "Mərkəzi Gömrük Hospitalı qəbul etdi. 2+ qan lazımdır".

Qeyd edək ki, cütlüyün bir qız, bir oğlan övladı var.

Milli.Az