Rusiya dollardan tam imtina etdi - Nazir

28 Aprel 2023 08:02

Rusiya Federasiyası transsərhəd hesablaşmalarda dost olmayan ölkələrin valyutalarından (dollar) demək olar ki, tamamilə imtina edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev deyib.

"Heç kimə sirr deyil ki, rublla hesablaşmalar praktiki olaraq transsərhəddir", - o bildirib.

Nazir müavininin sözlərinə görə, transsərhəd hesablaşmalar hələ də rubl-avro cütlüyündə aparılır, lakin tədricən onlar da aradan qalxmağa başlayır.

Milli.Az