Cənubi Koreya Prezidenti Yoon Seok Yeol Ağ Evdə təşkil edilən şam yeməyində ABŞ Prezidenti Co Bayden üçün "Amerikan Pie" mahnısını ifa edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, daha sonra Bayden Cənubi koreyalı həmkarına mahnının müəllifi Don Maklinin imzası olan gitara hədiyyə edib.
Qeyd edək ki, bu, Cənubi Koreya liderinin 2011-ci ildən bəri ABŞ-a ilk rəsmi səfəridir.
Milli.Az