Rusiya Prezidenti Vladimir Putin Ukraynanın zəbt edilmiş ərazilərinin Rusiya vətəndaşlığını qəbul etməkdən imtina edən sakinlərinin deportasiyasını qanuniləşdirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya lideri fərman imzalayıb.
Fərmana əsasən, Rusiyanın nəzarətindəki ərazilərdə yaşayan və vətəndaşlığını saxlamaq qərarına gələn Ukrayna vətəndaşları 2024-cü il iyulun 1-dək orada yaşaya bilərlər.
Daha sonra isə Ukrayna vətəndaşlarının deportasiyası nəzərdə tutulub.
Milli.Az