Zaxarova Laçın yolundakı vəziyyətdən danışdı

27 Aprel 2023 13:59

Laçın yolunda vəziyyətə görə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) öz rəsmi mövqeyini bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O bildirib ki, "hazırda Laçın dəhlizində vəziyyətin siyasi yolla stabilləşdirilməsi üçün lazımi addımlar atılır".

"Biz inanırıq ki, tərəflər 9 noyabr razılaşmasının şərtlərini yerinə yetirəcək. Ermənistan tərəfinin də bu məsələnin həllinə öz töhfəsini verməsini gözləyirik", - Zaxarova vurğulayıb.

Milli.Az