Ölkənizin 20%-i işğaldadır, atəşkəs istəyirsiniz? - Səfir

27 Aprel 2023 13:57

Ukraynaya atəşi dayandırmaq yönündə çağırışlar sinizmdir. Rusiya lideri Vladimir Putin istəyərsə, Ukraynada sülh ola bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman deyib.

"Ölkənizin torpaqlarının 20 faizi işğal altında olduğu halda, atəşi dayandırmaq yönündə çağırış etmək sinizmdir. Atəşin dayandırılacağı halda Putinin danışıqlar masasına əyləşəcəyi, qoşunlarını çıxaracağı inandırıcı deyil", - deyə səfir bildirib.

Milli.Az