Türkiyədən Ukrayna ilə bağlı 5 illik sülh təklifi

27 Aprel 2023 12:29

Müharibəni davam etdirməkdənsə, üç-beş illik sülh danışıqları variantı üzərində dayanaq. Əsas odur ki, qan tökülməsi sona çatsın. Biz mövcud vəziyyəti nəzərə alaraq dialoqun irəliləyiş imkanlarını müzakirə edəcəyik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki,bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Rusiya-Ukrayna müharibəsi barədə danışarkən bildirib.

İ.Kalın Qərb ölkələrinə müraciətində "Müharibədən deyil, sülhdən yapışın" deyə qeyd edib.

Milli.Az