Azərbaycanlı qadın Türkiyədə qəzada öldü - FOTO

27 Aprel 2023 19:50

Türkiyədə baş verən qəzada xəsarət alan azərbaycanlı qadın dünyasını dəyişib.

Milli.Az bildirir ki, qaynarinfo-nun məlumatına görə, hadisə İğdırın Qaraqoyunlu rayonunun Taşburun kəndində baş verib.

Taşburunda 16 YD 782 dövlət nömrə nişanlı avtomobillə 76 T 0134 dövlət nömrə nişanlı taksi toqquşub. Qəza zamanı taksidə olan Azərbaycan əsilli Kamilə Muharəmli ölüb, 4 nəfər isə yaralanıb. Yaralılara İğdır Dövlət Xəstəxanasında tibbi yardım göstərilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb. 

Kamilə Məhərrəmli təxminən 3 ay əvvəl Melekli qəsəbəsində meydana gələn qəzadan yaralı olaraq xilas olubmuş

Milli.Az