Paşinyanla Şarl Mişel arasında telefon danışığı olub

26 Aprel 2023 10:23

Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib, bölgədə sülhün və stabilliyin təmin edilməsi üçün ardıcıl səylərin zəruriliyi vurğulanıb, Cənubi Qafqaz regionunda humanitar sahədə vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Onlar həmçinin, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqları müzakirə ediblər.

Milli.Az