Görür elan etdi: Dağıdıcı zəlzələ ehtimalı...

26 Aprel 2023 08:48

6 fevral zəlzələrinin ardı kəsilməyib, burada daha bir zəlzələ ola bilər, lakin böyük maqnitudada deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri türkiyəli professor Naci Görür amerikalı alimlərin Türkiyədə növbəti dağıdıcı zəlzələ ilə bağlı proqnozlarını şərh edərkən deyib.

"Elazığdan Hataya qədər qırılma xəttində kiçik-orta ölçüdə zəlzələlər ola bilər. Lakin DAF/ÖLÜ DƏNİZ xətti üzərində uzun dönəmdə böyük zəlzələ ola bilməz", - deyə N.Görür bildirib.

Professor zəlzələ proqnozları ilə bağlı yanlış məlumatlar paylaşmamağı da vətəndaşlardan xahiş edib:

"Sanki geoloq olacaqmış kimi müzakirələr aparırsınız. Bu yanaşmanı kənara qoyun. Zəlzələyə davamlı şəhərlər tələb edin, bu yolla millətimizə daha mənalı xidmət etmiş olarsınız".

Milli.Az