Futbolçular buna görə azarkeşlərin bilet pulunu qaytaracaq

26 Aprel 2023 08:53

"Tottenhem" klubunun futbolçuları İngiltərə Premyer Liqasının 31-ci turundakı məğlubiyyətlərinə görə (1:6) azarkeşlərə jest etmək qərarına gəliblər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, komanda uduzduğu üçün azarkeşlər onlara məyus və qəzəblidir. Ona görə də azarkeşlərə "Sent Ceyms Park"da keçirilən matçın biletlərinin pulu geri qaytarılacaq.

Milli.Az