Şeyxülislam "Bayraqlı Cami" məscidinin və "Müqəddəs Petka" kilsəsinin açılışında iştirak edəcək

1 May 2012 16:48
İdarədən Milli.Az-a verilən məlumata görə, QMİ sədri Allahşükür Paşazadə mayın 3-də Belqrad şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş "Bayraqlı Cami" məscidinin və "Müqəddəs Petka" kilsəsinin açılış mərasimində iştirak edəcək.

Təntənəli açılış mərasimlərində Azərbaycan və Serbiyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, müsəlman və xristian din xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edəcək.

Nümayəndə heyətinin tərkibində Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeyin də Belqrada səfər edəcək.

Milli.Az