Altay tankında mühərrikin istifadəsi üçün hazırlıqlar davam edir

25 Aprel 2023 19:14

Türkiyənin yerli və milli imkanlarla inkişaf etdirilən Yeni Altay tankında yerli mühərrikin istifadəsi üçün hazırlıqlar davam edir.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir bildirib.

O qeyd edib ki, sadəcə mühərrikin xaricdən alındığı tankın bütün hissələri və proqram təminatı yerli proqramçı və mühəndislər tərəfindən hazırlanıb.

Məlumat üçün qeyd edək ki, türk mühəndisləri tərəfindən hazırlanan Yeni ALTAY-ın digər mühüm xüsusiyyəti, inkişaf edən texnologiyaya uyğunlaşa bilən çevik bir arxitekturaya sahib olmasıdır.

Bu xüsusiyyət sayəsində Türkiyə Silahlı Qüvvələrinin gələcəkdə ehtiyac duya biləcəyi fərqli konsepsiyalara uyğun modernləşdirilməsi hədəflənib.

Milli.Az