İsrail polisinin Məscidül-Əqsaya hücumu zamanı həbs etdiyi Türkiyə vətəndaşı sərbəst buraxılıb

25 Aprel 2023 17:54

İsrail polisinin fanatik yəhudi mühacirlərin Məscidül-Əqsaya hücumu zamanı həbs etdiyi 24 yaşlı Türkiyə vətəndaşı Özgecan Mutlu sərbəst buraxılıb.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, o, Türkiyənin Qüds Baş Konsulluğunun cəhdləri nəticəsində bir həftə Əqsaya girişinin qadağan edilməsi şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, aprelin 4-də İsrail təhlükəsizlik qüvvələri Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinə basqın edib.

Milli.Az