"Kifayət qədər gözələm" - Məşhur müğənni

26 Aprel 2023 01:36

Türkiyəli məşhur müğənni Yıldız Tilbe Kiprdə konsert verib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müğənni saçlarının parik olduğunu açıqlayıb:

"Saçlarım parikdir. Əvvəl daha uzun idi. İndi saçlarım daha qısadır. Belə özümü daha yaxşı hiss edirəm". 

Yıldız Tilbe qadınların saatlarla gözəllik salonlarında qalmasından da danışıb:

"Mən kifayət qədər gözələm. Saatlarla gözəllik salonlarında vaxt keçirmək mənasızdır. Çünki həddindən artıq gözəllik başa bəladır".

Milli.Az