"Bura ilk mahnımızın yazıldığı yerdir" - FOTOlar

25 Aprel 2023 19:09

Bu il ölkəmizi "Avroviziya" mahnı yarışmasında təmsil edəcək Tural və Turan Bağmanovlar yeni fotosessiya etdiriblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, dünyaya gəldikləri Zaqatalada kamera qarşısına keçən əkizlər  şəkillərini sosial şəbəkədə paylaşaraq bunları yazıblar:

"Zaqatala - bizim qəlbimizdə həmişə xüsusi yer tutan sevimli və doğma şəhərimiz. Doğulduğumuz, böyüdüyümüz və ilk mahnımızın yazıldığı yerdir. Ailəmiz, dostlarımız və məktəbimiz bugünkü kimliyimizi formalaşdırdı. İnanmaq çətindir ki, Zaqatalada kiçik bir evdən olan iki oğlan tezliklə Liverpuldakı nəhəng Avroviziya səhnəsində çıxış edəcək. Bu səyahəti bizim üçün mümkün edən hər birinizə inanılmaz dərəcədə minnətdarıq".

Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq. Tural və Turan "Tell me more" mahnısı ilə birinci yarımfinalda çıxış edəcəklər.

Milli.Az