Hindistan bir neçə günə əhalinin sayına görə Çini keçəcək - BMT

25 Aprel 2023 08:01

Hindistan bu həftə əhalinin sayına görə dünya lideri olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, aprelin sonuna qədər Hindistan əhalisinin sayı 1,425 milyarda (Çin əhaləsinin sayı - red.) çatacaq və dərhal onu keçəcək.

BMT-nin Əhali Fondunun (UNFPA) keçən həftə açıqladığı 2023-cü il Dünya Əhali Hesabatı Hindistanın bu ilin ortalarına qədər əhalisinin sayına görə təxminən 2,9 milyon nəfərlə Çini keçəcəyini göstərib.

BMT-nin məlumatına görə, 2022-ci il noyabrın ortalarında dünya əhalisinin sayı 8 milyard nəfəri keçib.