Blinken Lavrovun sədrlik etdiyi iclasda iştirak etmədi

24 Aprel 2023 21:34

ABŞ Dövlət katibi Entoni Blinken və Qərb ölkələrinin xarici işlər nazirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Görüşdə ABŞ-dan BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild iştirak edir. Rusiyada casusluqda təqsirli bilinən və onunla birlikdə BMT-yə gələn Pol Uilanın bacısı iclasda çıxış etməyib, sadəcə, Təhlükəsizlik Şurasının zalına girməzdən əvvəl mətbuata açıqlama verib.

İclasda daimi nümayəndələr səviyyəsində Böyük Britaniya və Fransa da iştirak edir.

İclasa BƏƏ-nin dövlət naziri Xəlifə Şahin əl-Marar, Qabonun xarici işlər nazirinin müavini Erman İmmonqo, xarici işlər və regional inteqrasiya nazirinin müavini Tomas Mbomba, Kuba xarici işlər nazirinin birinci müavini Xerardo Penalver Portal qatılıb.

Milli.Az