Yoluxanların sayı açıqlandı

24 Aprel 2023 19:37

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. 

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.

Milli.Az