Mətanətdən Manafın nəvəsinə bahalı hədiyyə

24 Aprel 2023 19:57

Müğənni Mətanət Əsədova həmkar Manaf Ağayevin nəvəsinə bahalı hədiyyə verib.  

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə sənətçi "Səhər mərkəzi" proqramında qonaq olarkən danışıb.  

Əsədova deyib ki, Manafın adını daşıyan nəvəsinə brilyantdan maşın hədiyyə edib:

"Manaf Ağayevin nəvəsi, balaca Manaf çox gözəldir. Onu sevdim. Ürəyimdən gələn bir hədiyyə aldım. Qızıl və brilyantla dolu maşın vermişəm. Bütün maşın brilyantdır. O uşaq möcüzəli uşaqdır". 

M. Ağayev Əsədovanın açıqlamasını təsdiqləyib.

Milli.Az