Rusiya tamamilə parçalanmayana qədər...- Herem

25 Aprel 2023 05:48

Rusiya dövləti dəyişməyənə və ya kiçik dövlətlərə parçalanmayana qədər Ukraynada müharibə bitməyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin baş komandanı general Martin Herem deyib.

O qeyd edib ki, müasir Rusiyada yüzlərlə əsgərin cəbhədə həlak olması itki kimi deyil, güc və qüdrət əlaməti kimi qəbul edilir:

"Ruslar bu itkilərə əhəmiyyət vermir, amma dövlətin ukraynalılardan biabırçı zərbələr alması tamam başqa məsələdir. Rusiya tamamilə dəyişməyincə, ambisiyalarından əl çəkməyənə qədər bu münaqişənin sonunu görmürəm".

Milli.Az