Bu ölkənin baş naziri avtomobil qəzasına düşüb

24 Aprel 2023 17:40

Namibiyanın baş nazir Saara Kuuqongelva-Amadilanın rəsmi avtomobili ilə Seçki Komissiyasının avtomobili toqquşub. Nəticədə komissiyanın üç üzvü ağır yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza bazar günü Otcivaronqodan təxminən 15 km aralıda baş verib.

Adları hələ açıqlanmayan 3 məmur Otcivaronqo Dövlət Xəstəxanasına aparılıb. Məlumata görə, baş nazir və onun sürücüsü toqquşma nəticəsində xəsarət almayıb.

Hökumət başçısının Namibiyanın hakim partiyasının 63-cü ildönümünü qeyd etdiyi bölgədən qayıtdığı bildirilib.

Milli.Az