Rusiyada iki uşaq 50-dən çox məzar daşını dağıtdı

24 Aprel 2023 16:40

Aprelin 23-nə keçən gecə Balaşovda köhnə Vetlyanski qəbiristanlığında naməlum şəxslər vandalizm aktı törədiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hücum edənlər çoxsayda məzar daşını məhv ediblər.

Rayon rəhbərliyi bildirib ki, pravoslav Krasnaya Qorka bayramı ərəfəsində vandalların hərəkətləri nəticəsində 50-dən çox məzar daşı zədələnib. Qəbirləri zədələnən mərhumların yaxınları polisə ifadələr yazıblar.

Sonradan məlum olub ki, vandalizm aktını 11 və 13 yaşlı iki uşaq törədib.

Milli.Az